Messinin forması əbədiləşdiriləcək

Lionel Messinin millidəki 10 nömrəli forması əbədiləşdiriləcək.

Globalinfo.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.

Federasiya prezidenti bildirib ki, Messidən sonra millidə 10 nömrəli futbolçu olmayacaq.

10 nömrə millinin hazırkı kapitanı Messinin şərəfinə ömürlük əbədiləşdiriləcək.

Qeyd edək ki, Messi 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub. Futbolçu hazırda karyerasını Amerikanın “İnter Mayami” klubunda davam etdirir.