Məşhur türk serialı iranlıları qəzəbləndirdi – VİDEO

Türkiyənin FOX TV kanalında yayımlanan “Adım Farah” serialı İran ictimaiyyətinin diqqətini çəkib.

Globalinfo.az xəbər verir ki, iranlı ekspert Ehsan Movahedian serialda “İranda bir yer” başlığı ilə yayımlanan görüntülərə münasibət bildirib.

“Serialda Təbriz belə təsvir olunub – iranlı milislərin silahla gəzdiyi xarabalıq. Gözəl Təbriz İŞİD-in qərargahı kimi görünür”, – Movahedian bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə də müzakirə edilib.

Serialda iranlıların qadına münasibətinin təsviri də qalmaqala səbəb olub.

Ayşən Mustafa
Globalinfo.az