
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini “dost” kimi xarakterizə etməsinə münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, BBC-yə müsahibəsində danışan Zelenski bu ifadəni qəribə hesab etdiyini söyləyib.
O, Putinin təcavüzkar və qatil olduğunu, XXI əsrdə faşizmi yenidən gündəmə gətirdiyini iddia edib:
“Putinin dost adlandırılması qəbuledilməzdir. Bu İkinci Dünya müharibəsi dövründə Adolf Hitlerin yaxşı dost kimi təqdim edilməsinə bənzəyir. Belə açıqlamalar müharibədə övladlarını itirən ailələr üçün xüsusilə ağırdır. Həmin ailələr ümidlərini ABŞ prezidentinə bağlayırlar”.
Safura Bənnayeva
Globalinfo.az