fi 0

“Fira Cəlilova və anasının yaşadığı bağ evi əvvəllər Əlihüseyn Hüseynova məxsus olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Baku TV-nin məlumatında bildirilib.

“Verilən məlumata görə, bu bağ evi daha əvvəl Əlihüseyn Hüseynova məxsus olub. Bir müddət əvvəl isə ev Fira Cəlilovanın anasının adına rəsmiləşdirilib”.

Qeyd edilib ki, Əlihüseyn Hüseynov evlidir və onun üç övladı var:

“Həmin şəxs bir müddət əvvəl Fira Cəlilovanın anası ilə tanış olub və qeyri-rəsmi birlikdə yaşamağa başlayıblar”, – deyə süjetdə bildirilib.

Əlihüseyn Hüseynovun daha əvvəl zavod direktoru kimi çalışdığını və maddi durumunun yaxşı olduğu deyilir. Onun son dövrlər maddi sıxıntılarından dolayı bəzi şəxslərə qarşı dələduzluq etdiyi qeyd edilib.

Paylaş: