
Məşhur türkiyəli aktyor Şinasi Yurtsevər vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
“Hoqqabaz”, “Qardaş payı” kimi filmlərdə, “İlan hekayəsi”, “Əcnəbi kürəkən”, “Bir bulud olsam” və bu kimi məşhur seriallarda rol alan 51 yaşlı aktyorun mədə xərçəngi səbəbindən vəfat etdiyi bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aktyorun ölümü ilə bağlı başsağlığı verib.
“Dəyərli aktyor Şinasi Yurtsevərin vəfatına dərindən kədərləndim. Millətimizin böyük maraqla izlədiyi aktyora Allahdan rəhmət diləyir, ailəsinə, sevənlərinə, həmkarlarına və bütün sənət aləminə başsağlığı vermək istəyirəm”, – Ərdoğan bildirib.