Məşhur model ağır xəstəlikdən əziyyət çəkir

58 yaşlı italyanəsilli kanadalı supermodel Linda Yevanqelista süd vəzi xərçəngindən əziyyət çəkdiyini etiraf edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o bu barədə “WSJ” jurnalına müsahibəsində danışıb.

Yevanqelistada xərçəng ilk dəfə 2018-ci ilin dekabrında aşkarlanıb, ona ikiqat mastektomiya edilib: “Tərəddüd etmədən əməliyyata razılaşdım, çünki hər şeyi arxada qoymaq, yaşamağa davam etmək və xərçəngdən ölməmək istəyirdim”.

Ötən ilin iyulunda onda yenidən döş vəzi şişi aşkarlanıb: “Həkimə dedim: “Bütün şişi kəsib götürün. Mən bunun gözəl görünməsini istəmirəm. İstəyirəm ki, hamısını kəsəsiniz. Siz bitirəndə döşümdə dəliyi görmək istəyirəm. Bundan ölməyəcəm”.

“Bilirəm ki, bir ayağım qəbirdədir, amma mən tamamilə həyata köklənmişəm”, – deyə Linda əlavə edib.

Supermodel deyib ki, onun ağır xəstəlikdən əziyyət çəkməsini yalnız ən yaxın adamları bilib.

O, ikiqat mastektomiya əməliyyatından sonra ona döş rekonstruksiyasının edilib-edilmədiyi haqda məlumat verməyib.

Qeyd edək ki, bu yaxınlarda Linda “Vogue”un yeni fotosessiyasında iştirak edib, lakin döşünü göstərməyib.