fayed

Misirli milyarder Məhəmməd Əl-Fayed 94 yaşında vəfat edib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Milyarderin Londonda “Regents Park”ın yaxınlığındakı Mərkəzi məsciddə dəfn edildiyi bildirilir.

Qeyd edək ki, dünyanın ən zəngin şəxslərindən olan Məhəmməd Əl-Fayed İngiltərənin “Fulham” futbol klubunun və Londonun məşhur “Harrods” ticarət mərkəzinin sahibidir. O, 1997-ci il avqustun 31-də Parisdə Alma körpüsünün altında avtomobil qəzasında Şahzadə Diana ilə birlikdə həlak olan Dodi Əl-Fayedin atasıdır. Milyarder oğlunun ölümündə Britaniya kral ailəsini günahlandırırdı.

mohamed al fayed and his wife heini wathen attend the news photo 1661798139
diana princess of wales with prince charles during the news photo 1661798519
princess diana the princess of wales meets mr mohamed al news photo 1661798373
gettyimages 94595992

Paylaş: