Şoltsdan İrana sərt reaksiya: “Siz öz vətəndaşlarınıza atəş açırsınız!”

Almaniya kansleri Olaf Şolts həftəlik videomüraciətində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniya ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Globalinfo.az bildirir ki, baş nazir Şolts, “Tehrandakı rəhbərliyə yalnız bunu deyə bilərəm. Siz necə hökumətsiniz ki, öz vətəndaşlarınızı güllələyirsiniz? Bu cür hərəkət edən hər kəs bizim müqavimətimizlə qarşılaşa bilər. Biz küçələrdə və məhkəmə zallarında baş verənləri görürük. Biz azadlıq və ədalət uğrunda mübarizəni görürük. Bu, qətiyyən qəbuledilməzdir”, – o qeyd edib.

Şolts bildirib ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin İran polisi tərəfindən saxlanılmasından sonra ölümü nəticəsində başlayan etirazlar artıq “sadəcə geyim tərzi məsələsi” deyil, azadlıq və ədalət uğrunda mübarizəyə çevrilib.