Türkiyənin tanınmış aktyoru bələdiyyə sədri seçildi – VİDEO

Türkiyənin tanınmış aktyoru Erdal Beşikçioğlu (daha çox Behzat Ç. obrazı ilə tanınır – red.) bələdiyyə seçkilərində qələbə qazanıb.

Globalinfo.az xəbər verir ki, 56%-dən çox səs toplayan aktyor Ankaranın Etimesgut bələdiyyəsinin sədri seçilib.

Məlumat üçün bildirək ki, AKP Etimesgutda namizəd irəli sürməmişdi. E.Beşikçioğlu seçkilərdə CHP namizədi olaraq iştirak edirdi.

 

Qeyd edək ki, Erdal Beşikçioğlu “Körpü” serialında bələdiyyə sədri rolunu canlandırmışdı.