6a315d907da1e6a315d907da1f17816201126a315d907da1c6a315d907da1d 2

“Ümumi təhsil haqqında” qanuna təklif olunan dəyişikliklərə müəllimlərin vahid geyim tələbləri kontekstində baxdıqda, məsələ yalnız zahiri görünüşlə məhdudlaşmır. Burada əsas məqsəd dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin, təşkilati mədəniyyətin və vahid idarəetmə yanaşmasının gücləndirilməsidir.

Globalinfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında müəllim, təhsil üzrə mütəxəssis Vaqif Fətullayev bildirib.

Onun sözlərinə görə, müəllim məktəbdə yalnız dərs deyən şəxs deyil, həm də şagirdlər üçün davranış, ünsiyyət, məsuliyyət və peşəkar münasibət nümunəsidir. Bu baxımdan müəllimin geyimi təhsil mühitinə uyğun, səliqəli, işgüzar və diqqəti tədris prosesindən yayındırmayan formada olmalıdır.

Müəllimin geyimi onun peşəkar statusunun, məktəb mədəniyyətinin vizual ifadəsidir

“Dünya təcrübəsində müəllimlərin geyimi ilə bağlı yanaşmalar müxtəlifdir. Bəzi ölkələrdə konkret vahid forma tətbiq olunur, bəzi ölkələrdə isə müəllimlər üçün “peşəkar və uyğun geyim” prinsipi əsasında dress-kod müəyyən edilir. Dünya təcrübəsində müəllimlərin geyimi ilə bağlı yanaşmalar müxtəlif formalarda tətbiq olunur. Bəzi təhsil sistemlərində müəllimlər üçün konkret vahid geyim tələbləri müəyyən edilir, bəzi hallarda isə bu məsələ “peşəkar və təhsil mühitinə uyğun geyim” prinsipi əsasında tənzimlənir. Ümumi yanaşma ondan ibarətdir ki, müəllimin zahiri görünüşü onun peşəkar statusuna, məktəbin təşkilati mədəniyyətinə və təlim mühitinin xarakterinə uyğun olmalıdır.

Bu, həm şagirdlər, həm valideynlər, həm də cəmiyyət qarşısında müəllim peşəsinin nüfuzunun qorunmasına xidmət edə bilər

Beynəlxalq praktikada müəllimlərin geyim qaydaları müəyyən edilərkən əsas məqsəd peşəkar görünüşün gücləndirilməsi, məktəbdə vahidlik və aidlik hissinin formalaşdırılması, eləcə də tədris prosesinə uyğun səliqəli və nizamlı mühitin yaradılmasıdır. Bu yanaşma bir çox halda müəllim peşəsinin ictimai nüfuzu, məktəbin institusional kimliyi, kollektiv mədəniyyət və peşəkar atmosferlə əlaqələndirilir. Eyni zamanda belə qaydaların tətbiqində praktik rahatlıq, peşəkarlıq, uyğunluq və bərabər yanaşma prinsiplərinin nəzərə alınması vacib hesab olunur”.

Vaqif Fətullayev qeyd edib ki, bu məsələdə əsas prinsip müəllimin fərdiliyini arxa plana keçirmək deyil, məktəbin peşəkar mühitini ön plana çıxarmaqdır.

“Vahid işgüzar geyim müəllimin təhsil müəssisəsinin nümayəndəsi olduğunu, müəyyən peşə standartlarını daşıdığını və məktəbin ümumi təşkilati mədəniyyətinə aid olduğunu vizual şəkildə ifadə edir. Bu, həm şagirdlər, həm valideynlər, həm də cəmiyyət qarşısında müəllim peşəsinin nüfuzunun qorunmasına xidmət edə bilər.

Eyni zamanda bu yanaşmanın tətbiqində praktik məqamlar da nəzərə alınmalıdır. Müəllimin geyimi onun gündəlik pedaqoji fəaliyyətinə mane olmamalı, rahat, sadə, mövsümə və məktəb mühitinə uyğun olmalıdır. Xüsusilə ibtidai sinif, fiziki tərbiyə, laboratoriya və praktik məşğələlər aparan müəllimlərin fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla çevik və real tətbiq mexanizmi müəyyən edilməlidir”.

Müəllimin görünüşü tərbiyəvi rol oynayır

Onun sözlərinə görə, bu dəyişikliklər “qadağa” və ya “məhdudiyyət” kimi deyil, müəllim peşəsinin ictimai nüfuzunun, məktəbdaxili nizam-intizamın və peşəkar davranış mədəniyyətinin gücləndirilməsi kimi dəyərləndirilməlidir. Müəllimin görünüşü onun pedaqoji nüfuzunun bir elementi olmaqla yanaşı, şagirdlərdə də situasiyaya uyğun geyinmək, iş mühitinə hörmətlə yanaşmaq və peşəkar davranış normalarını mənimsəmək baxımından mühüm tərbiyəvi rol oynayır.

Mütəxəssis vurğulayıb ki, müəllimin geyimi onun peşəkar statusunun, məktəb mədəniyyətinin vizual ifadəsidir.

Paylaş: