Mehman Sadıqovun ölümü ilə bağlı gerçək – Həyat yoldaşı danışdı

***
13:54

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov bu gün vəfat edib.

Bu barədə Globalinfo.az-a mərhumun xanımı bildirib.

O deyib ki, M.Sadıqov yüksək təzyiqdən dünyasını dəyişib:

“Mehmanın xəstəliyi yox idi. Anidən təzyiqi yüksəldi və beyninə qan sızdı. Noyabrın 19-u 60 illik yubileyi olacaqdı”.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqovun səhər saatlarında ürəktutmasından vəfat etməsi barədə məlumat yayılıb.

Zaira Akifqızı
Globalinfo.az