Qərbin Kiyevə hərbi dəstəyi davam edəcəyi təqdirdə Ukraynanın demək olar ki, bütün ərazisi bufer zonaya çevriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.
Medvedev Ukrayna rəhbərliyini “banderovçu rejim” adlandıraraq bildirib: “Əgər bu rejimə hərbi yardım davam edərsə, gələcəkdə bufer zona Ukraynanın böyük hissəsini əhatə edə bilər”.
Aysel Əliyeva
Globalinfo.az