Mbappe Fransa millisinin kapitanı oldu

Fransa millisinin yeni kapitanı müəyyənləşib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Didye Deşam sarğını Kilian Mbappeyə həvalə edib. Antuan Qrizmann vitse-kapitan seçilib.

Millinin öncəki kapitanı Uqo Lyoris yığma karyerasını başa vurub.

24 yaşlı Mbappe Fransa millisinin heyətində keçirdiyi 66 oyunda 36 qol vurub, 23 məhsuldar ötürmə verib.