Maşın təmiri sexi və içərisindəki avtomobil yandı – VİDEO

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayonunda baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb. 

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kəndində ümumi sahəsi 96 kvadratmetr olan, iki boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 kvadratmetr sahədə və içərisində təmirə dayanan VAZ markalı minik avtomobili yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.