AA 20250514 37953413 37953403 ABD DISISLERI BAKANI RUBIO ANTALYAYA GELDI scaled
ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı gözlənilən danışıqlar ərəfəsində Antalyaya gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Rubio ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Səudiyyə Ərəbistanı və Qətərə etdiyi səfərdən sonra Türkiyəyə gedib. Marko Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Toplantı çərçivəsində ABŞ dövlət katibi Türkiyənin xarici işlər naziri Hakan Fidanla da görüşəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 11-də Ukrayna rəhbərliyinə 2022-ci ildə dayandırılmış birbaşa danışıqları ilkin şərtlər olmadan bərpa etməyi təklif etmişdi. Bu dialoqun 15 mayda İstanbulda başlanması planlaşdırılır.

Ukrayna Prezidenti Vladimir Zelenski də 15 mayda İstanbula gələcəyini bəyan edib. O, bu qərarını ABŞ Prezidenti Donald Trampın “Putinin təklif etdiyi danışıqlara dərhal razılaşın” çağırışından sonra açıqlayıb.

Ağ Evin 13 may tarixli açıqlamasına görə, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq daxildir.

AA 20250514 37953413 37953404 ABD DISISLERI BAKANI RUBIO ANTALYAYA GELDI scaled AA 20250514 37953413 37953408 ABD DISISLERI BAKANI RUBIO ANTALYAYA GELDI scaled AA 20250514 37953413 37953407 ABD DISISLERI BAKANI RUBIO ANTALYAYA GELDI scaled

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: