Makronla bağlı yeni qalmaqal: Fransa bayrağını “ləkələdi”

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Yeni il mesajını tənqid edib.

Globalinfo.az xəbər verir ki, Filippo Makronun yeni ildə xalqa müraciəti zamanı Fransa bayrağını arxa plana keçirərək onu ləkələdiyini deyib.

“Bayrağımız arxada digər bayraqlarla birlikdə uzaqda yerləşdirilib. Avropa İttifaqının bayrağı da oradan asılıb. Nə edək, dövlət bayrağımızı endirək? Bu yolla Makron Fransaya olan nifrətini nümayiş etdirmiş oldu”,-siyasətçi Fransa prezidentini qınayıb.

Əliyar Xəlil

Globalinfo.az