İrəvanda atışma: Kriminal aləmin üzvü öldürüldü

İrəvanda odlu silahdan istifadə edilməklə qətl hadisəsi törədilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytında qeyd edilib.

Baqramyan prospektindən Proşyan küçəsinə gedilən yolda, 8 saylı poliklinika ilə üzbəüz kişi meyiti tapılıb. Sözügedən şəxs odlu silahdan açılmış atəş nəticəsində öldürülüb.

Faktla bağlı araşdırma başladılıb, hadisə şahidləri isə artıq öldürülən şəxsin kriminal aləmin nüfuzlu siması olduğunu vurğulayıblar. Onların sözlərinə görə, öldürülən şəxs kriminal aləmdə “Qnunetsi Varazik” kimi tanınıb.

Tahir Turan
Globalinfo.az