Makrondan Paşinyana ŞOK SÖZLƏR: İrəvan bunu gözləmirdi

Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyana KTMT-dən çıxmamağı məsləhət görüb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Paşinyan bunu keçən həftə Cermukda ölkəsinin xaricdəki səfirləri ilə görüşü zamanı etiraf edib. Ermənistan baş naziri Parisin ona KTMT-dən çıxacağı halda İrəvanın təhlükəsizliyinə zəmanət vermədiyini söyləyib.

Qeyd edək ki, son bir ayda Ermənistan baş naziri Rusiyaya qarşı fəaliyyətini həddən artıq aktivləşdirib. Bir həftə ərzində Moskvanı iki dəfə öhdəliklərini icra etməməkdə ittiham edən Paşinyan İrəvanın BMT Təhlükəsizlik Şurasına yenidən müraciət etmək niyyətində olduğunu deyib. Bunun ardınca isə Ermənistan mətbuatında Paşinyanın Rusiyaya ultimatum göndərdiyi və yanvarın əvvəlinə qədər hansısa irəliləyiş olmayacağı təqdirdə Ermənistanın KTMT və MDB-dən çıxış prosesini başladacağı haqqında informasiya yayılıb.

Zaira Akifqızı
Globalifo.az