Türk liderlərin görüşündə diqqətçəkən detal: Tatarla bağlı qərar…

ca2e4ffa 50a3 41f2 a158 f6049077242c 900x527 1

Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşü bir çox baxımdan diqqət çəkir. Ən çox diqqətçəkən məqam şübhəsiz Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarın da iştirakı oldu.

Rəsmi məlumatda Ersin Tatarın “fəxri qonaq” kimi dəvət olunduğu bildirilir. ŞKTR 2022-ci ildəki Səmərqənd Zirvə görüşündə Türkiyənin təklifi və Azərbaycanın dəstəyi ilə TDT-na müşahidəçi “qurum” kimi qəbul olunsa da, təşkilatın Mərkəzi Asiya qrupu – Qazaxıstan, Özbəkistan və Qırğızıstan ev sahibliyi etdiyi tədbirlərə dəvət etmirdi. Ekspertlər ŞKTR-nin Bişkekdəki Zirvə görüşündə iştirakını bu baxımdan yenilik kimi qiymətləndirir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ŞKTR-ı TDT-na gec-tez üzv kimi qəbul ediləcək:

“Bu, başda Türkiyə və Azərbaycanın prioritet hədəfidir. Rəsmi Ankara uzun illərdir ki, ŞKTR-nın müstəqilliyini tanıtmaq üçün əlindən gələni edir. Bu məsələdə ən çox türk dövlətlərinə müraciət etsə də bu və ya başqa səbəblərdə müstəqillik reallaşmırdı.

1671105283 qabil huseynli
Qabil Hüseynli

Azərbaycandan da Türkiyə dəfələrlə bunu istəyib, lakin keçmiş “Ermənistan Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinə görə, rəsmi Bakı Ankaranın bu istəyini gerçəkləşdirə bilmirdi. Hesab edirəm münaqişə həll edildiyi üçün ŞKTR-ın həm müstəqilliyinin tanınması həm də TDT-na üzvlüyü reallaşa bilər.

Ersin Tatarın “fəxri qonaq” kimi Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşünə dəvət edilməsi ŞKTR-ın TDT-yə üzvlüyü yolunda irəliləyiş əldə etdiyini sübut edir. Bu həm də təşkilata üzv türk dövlətlərin ŞKTR-nın dövlət müstəqilliyi tanıması versiyalarını gücləndirir. Ehtimal ki, növbəti zirvə görüşlərində ŞKTR-sı öncə TDT-yə müşahidəçi, daha sonra isə tamhüquqlu üzv kimi qəbul ediləcək”.

Turan Rzayev
Globalinfo.az