d6bde599 6b39 3463 9130 f5a056e24b4c 850

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib. 

Globalinfo.az xəbər verir ki, Fransa Prezidenti fransız və türk dillərində tvit paylaşıb:

Makronun paylaşımında deyilir:

“Fransa və Türkiyənin birlikdə aşacaqları böyük sınaqlar var. Avropaya sülhün qaytarılması, Avrasiya İttifaqımızın gələcəyi, Aralıq dənizi. Yenidən seçilməsi münasibətilə təbriklərimi çatdırdığım prezident Ərdoğanla birlikdə irəliləməyə davam edəcəyik”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: