“Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezident Donald Trampı şam yeməyinə dəvət etmək istəyir. O, Avropanın maraqları üçün vacib olan məsələlərdə, o cümlədən Ukrayna münaqişəsinin həllində Vaşinqtonun iştirakını qorumaq və Trampın rəğbətini qazanmaq məqsədilə Versal sarayında tədbir təşkil etməyi düşünür”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri fransız anonim rəsmilərə istinadla yazıb.
Onların məlumatına görə, Yelisey Sarayı XIV Lüdovikin iqamətgahında Makron və Tramp üçün qapalı şam yeməyi təşkil etməyi planlaşdırır.
“Tədbirin “Böyük yeddilik” (G7) ölkələrinin zirvə görüşü ilə üst-üstə düşməsi nəzərdə tutulur. Fransızlarln Trampın dəbdəbəli, qızıl dekorasiyalı interyerlərə olan zəifliyindən istifadə etmək fikirləri var”, – deyə bildirilib.
Tramp daha əvvəl 15-17 iyun tarixlərində Fransanın Evian (Yuxarı Savoya departamenti) şəhərində keçiriləcək zirvə görüşündə iştirak edəcəyini təsdiqləyib.
Lakin Versaldakı şam yeməyi hələ tam təsdiqlənməyib və Cenevrə gölü sahilində digər əyləncə variantları da nəzərdən keçirilir.
Məlumaya görə, şam yeməyi 17 iyun tarixində baş tuta bilər.
Nəşrin anonim avropalı rəsmisi xatırladıb ki, Makron 2017-ci ildə artıq Trampı Eyfel qülləsində şam yeməyinə qonaq etmişdi.
Əliyar Xəlil
Globalinfo.az