Papa: “Putinlə görüşmək istədim, Lavrov qoymadı”

o

Müharibənin ilk günlərdə Vladimir Putinlə görüşmək üçün Moskvaya getmək istədim, amma Rusiya Xarici İşlər Nazirliyi bu səfərdən nəzakətlə imtina etdi.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.

“Müharibənin ikinci günü Rusiyanın Vatikandakı səfirliyinə getdim və dedim ki, Putin mənə danışıqlar üçün pəncərə açsa, Moskvaya getməyə hazıram. Lavrov mənə təşəkkür etdi, dedi ki, indi vaxtı deyil. Putinlə açıq danışardım və o özü savadlı adamdır. Putin bilir ki, buna imkanım var. Amma orada təkcə Rusiyanın deyil, başqalarının da imperiya maraqları var. İmperiya üçün millətləri ikinci pilləyə qoymaq adi haldır”, – Papa bildirib.