makron64 900x575 1

Fransa Prezidenti Emmanuel Makron müxalif Marine Le Pen barəsində çıxarılan məhkəmə qərarını şərh etməkdən boyun qaçırıb.

Globalinfo.az xəbər verir ki, Makron bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“Demokratik ölkədə prezidentin məhkəmə orqanlarının qərarlarını şərh etməməsi normal haldır. Mən də bu prinsipə sadiq qalacam, xüsusən də xarici səfərdə olduğum zaman bunu etməyəcəm”, – deyə Fransa prezidenti bildirib.

Qeyd edək ki, bu gün Paris Apellyasiya Məhkəməsi Marin Le Penin “parlament köməkçiləri işi” üzrə cəzasını yüngülləşdirib. Məhkəmə onun seçkilərdə iştirakına qoyulan qadağanı 15 aya endirib ki, bu da faktiki olaraq həmin məhdudiyyətin aradan qaldırılması deməkdir.

Bununla yanaşı, Le Penə təyin edilmiş həbs cəzası da üç ilə endirilib. Hökmə əsasən, bu müddətin iki ili şərti hesab olunacaq, qalan bir il ərzində isə siyasətçi elektron nəzarət qolbağı daşımağa məcbur qalacaq.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: