Daha bir ölkə İsveçin NATO-ya üzvlüyünə razılıq verdi

Macarıstanın baş naziri İsveçin NATO-ya üzv olmasına razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.

Bildirilib ki, Macarıstan parlamenti yaz sessiyasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edəcək.

Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, Brüsselin siyasəti ilə Avropa xalqlarının maraqları və iradəsi arasında heç vaxt belə uçurum olmayıb:

“Brüsseldə dəyişiklik olmalıdır. Bu dəyişikliklər öz-özünə baş verməyəcək, onları məcbur etmək lazımdır”.

Orban ABŞ-da keçiriləcək prezident seçkilərində açıq şəkildə Donald Trampı dəstəkləyib. Bildirib ki, Tramp 2020-ci ildə yenidən prezident seçilsəydi, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi baş verməzdi:

“Biz başqa ölkədəki seçkilərə müdaxilə edə bilmərik. Lakin çox istərdik ki, Donald Tramp yenidən prezident seçilsin və Avropanın şərq hissəsində sülh bərqərar olsun”.

Əliyar Xəlil
Globalinfo.az