lukasenko putin

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, məktubu Belarus liderinə yaxın olan “Pul Pervoqo” Telegram kanalı dərc edib.

“Aleksandr Lukaşenko Vladimir Putinə cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövlət vəzifəsində yeni uğurlar üçün tükənməz güc və enerji arzulayıb”, – deyə yazılıb.

Lukaşenko, həmçinin qeyd edib ki, rus xalqı Putinin adını mühüm sosial nailiyyətlər və iqtisadi inkişafla xatırlayır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: