Londonda kilsə yaxınlığında atışma – 4 yaralı

Londonun mərkəzində dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında atışma baş verib. 

Globalinfo.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, naməlum silahlı şəxslər üç qadını və yeddi yaşlı qızı yaralayıb.

Polis naməlum silahlı şəxslərin hərəkətdə olan avtomobildən atəş açdığını bildirib.

Atışma zamanı yaralanan 48, 54 və 41 yaşlı qadınlar xəstəxanaya aparılıb. Yeddi yaşlı qız daha sonra eyni hadisədə aldığı xəsarətlərlə Londonun mərkəzindəki xəstəxanaya aparılıb.

Hazırda polis əraziyə baxış keçirir, araşdırma aparılır.