Londonda ilk: Pakistanlı üçüncü dəfə ölkə meri seçildi

Böyük Britaniyada müxalif Leyboristlər Partiyasının nümayəndəsi olan Sadiq Xan seçkilərdə qalib gələrək üçüncü dəfə London meri seçilib.

Globalinfo.az xəbər verir ki, S. Xan seçkilərdə səslərin 43,9 faizini toplayaraq bütün rəqiblərini geridə qoyub.

Bildirilib ki, tarixdə ilk dəfədir ki, London meri üç müddət vəzifəsində qalacaq.

Qeyd edək ki, əslən pakistanlı olan 53 yaşlı Sadiq Xan ixtisasca hüquqşünasdır.