Bakı-Qazax avtomagistralını su basdı, əraziyə Mülki müdafiə qoşunları cəlb olundu

Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

X X X

Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün tədbirlər görülür.

Bu barədə Globalinfo.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı-Qazax avtomagistralında hərəkətin tam bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin  Baş Dövlət Yol Polisi İdarəsi,” Azərsu” ASC birlikdə tədbirlər görür.

X X X

Kür-Bakı magistral su kəmərində qəza baş verib.

Bu barədə Globalinfo.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

“Hazırda “Azərsu” ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, deyə “Azərsu” ASC-dən bildirilib.