Litvanın beş səfirliyinə bomba hücumu hədəsi

Litvanın müxtəlif ölkələrdəki beş diplomatik nümayəndəliyinə bu həftə binalara partlayıcı qoyulması barədə məlumat daxil olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu məlumatı Delfi xəbər portalına Respublika Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Paulina Levikite təsdiqləyib.

“Biz sakit reaksiya veririk. Görünür, bunlar növbəti informasiya hücumudur. Hüquq-mühafizə orqanları insidentləri araşdırır”, – o deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi hansı ölkələrdə səfirliklərin bu cür hədələr aldığını açıqlamayıb.