64a822513d330

Bu gün Litvanın paytaxtı Vilnüsdə NATO liderlərinin növbəti Zirvə görüşü başlayır. 

Globalinfo.az xəbər verir ki, görüşün 2 gün – 11-12 iyul tarixlərində baş tutması gözlənilir.

Apreldə Finlandiyanın da qoşulması ilə Zirvə görüşündə ümumilikdə 31 ölkənin dövlət və hökumət rəhbərləri ilə yanaşı, üzvlüyü təsdiqini gözləyən İsveç, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın da rəhbərləri iştirak edəcəklər.

Görüşdə əsasən Rusiya-Ukrayna müharibəsi, İsveçin üzvlüyü məsələsi, həmçinin NATO-nun yeni hərb planları müzakirə ediləcək.

Qeyd edək ki, görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. İyulun 11-i onun Fransa və ABŞ prezidentləri ilə təkbətək görüşü gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: