litva esas

Tanınmış yazar Günel Xəzəl Rusiyanın Litvaya mümkün hücumu ilə bağlı narahatlığını ifadə edib: 

Globalinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Vilnüsdə telefonlara Rusiyanın şəhəri bombalaması ilə bağlı mesaj gəlib. Hər kəsi sığınacaqlara üz tutmağa çağırırlar. Qızım orda oxuyur, bilirsiniz. Və tək mənim övladım deyil, nə qədər azərbaycanlı tələbə təhsil alır Litvada. Bu mətləblə bağlı rəsmilərin heçmi xəbəri yox idi? Öncədən bununla bağlı xəbərdarlıq edilməli deyildimi?”, – G.Xəzəl qeyd edib.

Sosial şəbəkə istifadəçilər narahatlıq üçün əsas olmadığını, hazırda həmin ərazidə hərbi gərginlik yaşanmadığını bildirib.

WhatsApp Image 2026 05 20 at 14.37.59 1

***12:23

Litvanın Belarusla sərhədində PUA-nın aşkar edilməsi səbəbində ölkədə hava hücumu siqnalı verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “LRT” nəşri məlumat yayıb.

Bildirilir ki, həyəcan siqnalı bir neçə sərhəd bölgəsində verilib. Vilnüsdə sakinlərə sığınacaqlara düşmək tövsiyə olunub. Məktəblərdə dərslər dayandırılıb.

Litva xəbər agentliklərinin məlumatına görə, Prezident Gitanas Nauseda, baş nazir İnqa Ruqinene və Seymin Baş katibi Yozas Olekas sığınacağa yerləşdirilib.

Vilnüs hava limanı təhlükəsizlik tədbirləri çərçivəsində fəaliyyətini dayandırıb. Ölkədəki NATO qırıcıları havaya qaldırılıb.

Qeyd edək ki, bir qədər əvvəl Litvanın xarici işlər naziri Kestutis Budris Rusiya təhdidləri fonunda açıqlama verib. O deyib ki, NATO qüvvələri lazım gələrsə, Kalininqraddakı Rusiya hərbi obyektlərinə zərbə endirə bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: