Litva bunu qətiyyətlə dəstəkləyir – Nauseda

Bu gün biz ətraf mühit, gənclik və hüquq-mühafizə sahəsində sənədləri imzaladıq.

Globalinfo.az xəbər verir ki, bu barədə bu gün Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

O qeyd edib ki, bu, ikitərəfli əlaqələrə əhəmiyyətli təkan verəcək.

Nauseda vurğulayıb ki, Litva Azərbaycan və Aİ arasında tərəfdaşlıq əlaqələrinin inkişafını qətiyyətlə dəstəkləyir: “Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinin Aİ-nin enerji bazarında müsbət təsiri var”.