Lənkəranda qəza: yaralılar var

Screenshot 1169

Lənkəranda ağır yol-nəqliyat hadisəsi baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində, Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonunun Tütəpeştə kənd sakini 1987-ci il təvəllüdlü Tərlan Rəhimovun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi körpüyə çırpılıb.

Qəzada sürücü və həmkəndliləri olan sərnişinlər – 1969-cu il təvəllüdlü Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 1996-cı il təvəllüdlü Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Məlumata görə, T. Rəhimov maşını ilə dialez xəstəsi olan anasını xəsətxanaya aparırmış.

Faktla bağlı araşdırma aparılır.