Lavrovla Abdullahian nəyi müzakirə etdi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Nazirlər telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olunmasını alqışlayıb.

Tərəflər Cənubi Qafqazdakı vəziyyəti, ikitərəfli əməkdaşlıq və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.