2023 09 23T183740Z 909673123 RC2HE3A6EXK0 RTRMADP 3 UKRAINE CRISIS UN LAVROV 1695498540

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı elan etməklə sadəcə siyasi şou göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, təcrübəli siyasətçilər adətən dövlət başçıları arasında söhbət baş tutduqdan sonra belə açıqlamalar verirlər:

Makron üç həftə əvvəl yenidən elan etdi: “Mən Putinə zəng edəcəyəm. Zəng etmək istəyirsinizsə, zəng edin. Bu elanları sanki hansısa şou kimi təqdim etmək ciddilikdən kənardır”.

Qeyd edək ki, E.Makron ötən həftə Putinlə mümkün görüş və danışıqlara hazır olduğunu bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: