lavrov el scaled

“Qərb hərbçilərinin Ukraynaya göndərilməsinə haqq qazandırmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, Rusiya ilə Şimali Koreya arasında əməkdaşlıq və hərtərəfli saziş gizli, hər şey açıqdır deyil:

“Sazişin bütün mətni dərc olunub və beynəlxalq hüququn heç bir müddəasını pozmur. Çünki o, həm də müqavilənin iştirakçısı olan ölkələrdən birinə hərbi hücum edildiyi halda bir-birinə yardım göstərməyi nəzərdə tutur. Burada bizim mövqeyimiz tamamilə dürüstdür. Qərb isə hansısa bəhanə ilə Ukraynaya qoşun yeridəcəkləri barədə belə məkrli bəyanatlarına haqq qazandırmağa çalışır. Onların həbrçiləri çoxdandır Ukraynadadırlar”.

Qeyd edək ki, Şimali Koreyanın Ukraynadakı müharibədə iştirak üçün Rusiyaya 12 min əsgər göndərdiyinə dair məlumat yayılıb.

Paylaş: