Lavrov Ukrayna və Qəzza müharibələrini müqayisə etdi

“Ukraynada 2014-cü ildə baş verən çevrilişdən sonrakı dövrlə müqayisədə hazırda İsrailin Qəzzadakı hərbi əməliyyatlarında ölən mülki şəxslərin sayı daha çoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, bu, region üçün böyük rəqəmdir:

“Qəzza zolağında keçirilən əməliyyatın demək olar ki, ilk beş ayı ərzində həyatını itirən mülki şəxslərin sayı Ukraynadakı xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində öldürülənlərin sayından daha çoxdur. Hətta Hazırkı İsrail-HƏMAS müharibəsində 2014-cü il Ukraynadakı çevrilişlə müqayisədə daha çox mülki şəxs, uşaq və qadın həlak olub. Bu, region üçün böyük rəqəmlərdir”.

Lavrov vurğulayıb ki, Rusiya fəal şəkildə İsrail və Fələstin arasında razılığın əldə olunmasına kömək etmək istəyir:

“Biz onlar arasında birbaşa dialoqdan başqa heç bir yol görmürük”, – deyə Lavrov vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az