Lavrov Türkiyəyə gedir: Bakını düşündürən iki məsələ masada…

Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində əsasən Ukraynadakı vəziyyət, Ankara və Dəməşq arasındakı dialoq, eləcə də taxıl razılaşması müzakirə ediləcək.

Bununla belə, Qarabağ məsələsinin də masada olacağı gözlənilir.

Qeyd edək ki, Moskva son zamanlar Qafqaz istiqamətində aktivliyini artırıb. Rusiya burada Qərbin proseslərə nəzarəti ələ almasından narahatdır. Buna görə də Moskvanın prosesə nəzarəti ələ keçirmək üçün Türkiyədə yenidən 3+3 formatını gündəmə gətirəcəyi güman edilir. Səfərdən öncə Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvanda olması, burada kommunikasiyaların açılması məsələsini müzakirə etməsi gündəmə Zəngəzur dəhlizinin gətiriləcəyini də ehtimal etməyə əsas verir.

İlkin Həsənov
Globalinfo.az