Tarverdyan: “Paşinyanın bir imzası ilə azərbaycanlılar Ermənistana qayıdacaq”

“Əvvəllər Ermənistanda yaşamış azərbaycanlılar mütləq qayıdacaqlar və Türkiyə və Azərbaycanın zəmanətləri ilə yaşayacaqlar”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Birləşmiş Ermənistan” Partiyasının rəhbəri Ervand Tarverdyan bildirib.

“Ararat, Tavuş və Nikol Paşinyanın xeyrinə səs vermiş digər vilayətlərin sakinlərini təbrik edirəm. Paşinyanın qələminin bir həmləsi ilə onlar öz evlərini itirəcəklər, oraya azərbaycanlılar qayıdacaqlar, biz hələ dövlətimizi də təslim edəcəyik. İstənilən an seçdiyiniz baş nazir bir imza ilə sizə sürpriz yaşada bilər”, – E.Tarverdyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az