O xəritə Qərbin əlinə necə keçib? – Rusiya XİN rəhbəri

“SSRİ xəritəsi necəsə Qərbin əlinə keçdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasında Qərbin iştirakı haqqında danışarkən deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, əldə olunmuş razılığa baxmayaraq, Moskva Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalarda iştirak etmək üçün dəvət edilmir.

“Şarl Mişel delimitasiya məsələsinin Avropa İttifaqının müzakirəsinə çıxarılacağını bildirib. Deyirlər, sizə ruslar lazım deyil, xəritələrimiz var. Bu, bir az qəribə görünür”,- o deyib.

Zaira Akifqızı
Globalinfo.az