Lavrov Ordumuzun dağıtdığı “Ohanyan səddi”ndən danışdı

1616657112 21

“Heç kim bizi qınaya bilməz, çünki ən azı son 20 il ərzində Rusiya Prezidenti Vladimir Putin, hətta keçmiş prezident Dmitri Medvedev problemin sülh danışıqları yolu ilə ədalətli həllini təklif ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O, Qarabağın “statusu” məsələsinin gələcək nəsillərə ötürülməsinin planlandığını söyləyib:

Həmçinin oxuyun:

Laçında 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçirildi – VİDEO

“İlkin mərhələdə Qarabağın 7 rayonundan 5-nin Azərbaycana təhvil verilməsi, Kəlbəcər və Laçının isə ermənilərdə qalması nəzərdə tutulurdu. Burada Qarabağın “statusu” məsələsinin həllinin uzun illər təxirə salınması təklif olunmuşdu. Lakin Moskvanın bütün təklifləri rədd edildi. Yəni son baş verənlər bu təkliflərin rədd edilməsinin nəticəsidir.

Ümumiyyətlə, Ermənistanın keçmiş liderlərindən heç biri “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınmasını ilə bağlı Moskvaya təklif verməyib. Ermənistanın ələ keçirdiyi ərazilərdə oraları nəzarətdə saxlamaq üçün istehkamlar qurulur, mövqelər möhkəmləndirilirdi. Bütün bunlar onu göstərir ki, həmin ərazilərin Azərbaycana qaytarılması heç vaxt planlaşdırılmayıb”.

Qeyd edək ki, S.Lavrovun bəhs etdiyi istehkamlar işğal müddətində “Ohanyan səddi” kimi tanınırdı. Bunlar Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın birbaşa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə gücləndirilən müdafiə qurğuları sistemi idi. Azərbaycanla Ermənistan arasındakı Qarabağdakı keçmiş təmas xətti “Ohanyan səddi” idi. Onun uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədər olub.

Ayşən Mustafa
Globalinfo.az