Lavrov istefaya göndərilir? – Kreml açıqladı

Kremlin rəsmi sözçüsü Dmitri Peskov ölkənin XİN rəhbəri Sergey Lavrovun öz vəzifəsini tərk edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Peskov sözügedən məlumatları şayiə adlandırıb.

Qeyd olunur ki, bəzi teleqram kanallarında yayılan məlumata görə, Sergey Lavrovun istefaya yollanması halında Rusiya XİN-in rəhbəri vəzifəsinə mümkün namizədlər barədə müzakirələr başlayıb.