Lavrov Ərdoğan və Putinin Astanada görüşəcəyini təsdiqlədi

Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın Astanada görüşəcəklərini təsdiqləyib.

Globalinfo.az bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, Lavrov bunu “Rossiya 1” kanalının efirində təsdiqləyib.

“Artıq ilk dəfə deyil ki, tərəfdaşlarımız hansısa təşəbbüsləri ictimailəşdirirlər. Buna diqqəti cəlb edirlər, lakin sonra buna kimin necə reaksiya verəcəyinə baxmağa başlayırlar. Mənim üçün aydındır ki, əgər türkiyəli həmkarlarımız bu haqda düşünüblərsə, onların bu həftə gözəl imkanları olacaq. Putinlə Ərdoğanın Astanada görüşü zamanı onlar bizim qarşımızda bu cür məsələləri qoya bilərlər. Biz hələ ki, ictimailəşdirilmiş elandan başqa heç nə eşitməmişik”, – deyə Rusiya XİN başçısı vurğulayıb.