harri meqan

Kral III Çarlzın şahzadə Harri və ailəsinin ABŞ-dan Böyük Britaniyaya qayıtmasına müsbət yanaşmasının səbəblərindən birinin keçmişdə baş verən hadisələrin təkrarlanmasının qarşısını almaq olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Kral ailəsi üzrə tarixçi Endryu Launi hesab edir ki, III Çarlz kiçik oğlu Harri və onun həyat yoldaşı Meqan Marklla münasibətlərdə daha yumşaq mövqe nümayiş etdirməyə çalışır.

Tarixçinin fikrincə, monarxın məqsədi Harri və Meqanın kral ailəsindən tamamilə uzaqlaşmasının qarşısını almaqdır. Launi bu yanaşmanı 1936-cı ildə taxtdan imtina edən Kral VIII Eduardın sonrakı taleyi ilə müqayisə edib:

“VIII Eduardın taxtdan çəkilməsindən sonra qardaşı VI Georq və kral ailəsinin digər üzvləri onun Britaniyaya qayıtması ehtimalına qarşı çıxıblar. Nəticədə Eduard ölkədən kənarda yaşamağa məcbur olub. Onun taxtdan imtina qərarının əsas səbəblərindən biri boşanmış amerikalı Uollis Simpsonla evlənmək istəyi idi.

III Çarlz Harri və Meqanın oxşar şəkildə kral ailəsindən tam təcrid olunmasını istəmir. Kralın həddindən artıq isti münasibəti Harri qarşısında geri addım kimi qiymətləndirilə, həddindən artıq soyuq davranış isə keçmişdəki hadisələrin təkrarlanması riskini yarada bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: