ermenistan 900x498 2

Avropa İttifaqı Şurası Ermənistan üçün nəzərdə tutulan müvəqqəti ticarət güzəştlərini rəsmən təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni tədbirlər Ermənistanın ixrac etdiyi məhsulların böyük hissəsinin, təxminən 80 faizinin Avropa bazarlarına çıxarılmasını asanlaşdıracaq.

Qərar çərçivəsində Ermənistanın bəzi məhsullarının, o cümlədən kənd təsərrüfatı məhsullarının Aİ ölkələrinə ixracı zamanı tətbiq olunan gömrük rüsumlarının aradan qaldırılması nəzərdə tutulur.

Aİ Şurası bildirib ki, güzəştlər müvəqqəti xarakter daşıyır və iki il müddətində qüvvədə olacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: