Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbakırda bəzi yollarda çatlar əmələ gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Yeraltı təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.
Şanlıurfa valisi Hasan Şıldak insan tələfatının olmadığını açıqlayıb.
***12:16
Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) “X” sosial media hesabında məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib.