Lavrentyevdən Suriya və Türkiyə ilə bağlı müsbət açıqlama

Ümid edirik ki, Suriya-Türkiyə yaxınlaşmasının şahidi olacağıq. 

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Buna ehtiyac var, çünki bunlar dostluq şəraitində yaşaması zəruri olan iki qonşu ölkədir. Həm Türkiyə, həm də Suriyadan bir-birinə qarşı müəyyən addımlar atmağa hazır olduqlarına dair siqnallar alırıq”, – Lavrentyev bildirib.

Turan Rzayev
Globalinfo.az