Laçına qayıdan ilk 20 ailə arasında tanınmış xanəndə də var?

 

Laçın şəhərinin sakinləri uzun fasilədən sonra mayın 28-də öz doğma torpaqlarına qayıdıblar. Hətta ölkə başçısı da həmin günü Laçına səfər edib və yeni Laçın şəhərinin yeni simasının müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərdiyini deyib. İlk olaraq 20 ailə Laçında yerləşdirilib. İyun ayının sonuna qədər də bir çox ailələrin köçəcəyi bildirilib.

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında əslən Laçın şəhərindən olan Əməkdar artist, xanəndə Ehtiram Hüseynov bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib.

Ehtiram Hüseynov

“Sözsüz ki, bizim də doğmalarımız arasında 31 il öncə məcburi köçkün olanlar var. Amma Laçına ilk qayıdan 20 ailə arasında qohumlarım yoxdur. Bu gün bir tək Laçından olan ailələr yox, bütün Azərbaycan xalqı sevinir. Allah nəsib edər hamımız öz ata-baba yurdumuza qayıdarıq. İlk dəfə qayıdanları da ürəkdən təbrik edirəm”.

Zaira Akifqızı
Globalinfo.az