Kubada yanacaq böhranı səbəbindən təxminən 3 milyon insan susuz qalıb.
Globalinfo.az xəbər verir ki, adada müşahidə olunan ciddi neft çatışmazlığı səbəbindən nasos stansiyaları kütləvi şəkildə fəaliyyətini dayandırır. Bu isə su təchizatı və kanalizasiya sistemlərinin işində ciddi problemlər yaradıb.
Məlumata görə, su və kanalizasiya sistemlərinə texniki xidmət göstərən briqadalar da yanacaq çatışmazlığı səbəbindən iflic vəziyyətinə düşüb. Nəticədə bir çox bölgədə sakinlər içməli suya çıxış imkanını itirib.
Kuba hökuməti ölkədə yaranmış enerji böhranına görə ABŞ-ın tətbiq etdiyi iqtisadi blokadanı əsas səbəb kimi göstərir.
Tahir Turan
Globalinfo.az