Kürdəmirdə məktəbdə yoxlama: direktor işdən qovuldu

“Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub”.

Bu barədə Globalinfo.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 07 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.